Peşəkar Futbol İntizam Şurası (PFDK) "Kayserispor"un baş məşqçisi Burak Yılmazı cəzalandırıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, növbəti matçda komandasının sükanı arxasında olmayacaq: "PFDK ona "Trabzonspor" oyununda azarkeşlərlə mübahisə etdiyi üçün bir oyunluq cəza və 58 min lirə cərimə kəsib".
Xatırladaq ki, 2-2 bitən matçda "Trabzonspor"un azarkeşləri klubun keçmiş oyunçusu Burak Yılmazın əleyhinə şüarlar səsləndirib, hətta onu təhqir edənlər də olub. Yılmaz isə qəzəbini boğa bilməyərək azarkeşlərlə "söz atışması"na girib.
Matçdan sonra isə o, "Mən "Trabzonspor"a heç vaxt xəyanət etmədim, həmişə bu klubu sevdim. İstər inanın, istər inanmayın..." deyə, yaşanan olayla bağı suala cavabda deyib.
Fərid Aslan
MİA.AZ