"Oyundan öncə dostlarıma Argentinanın Hollandiyaya penaltilərlə qalib gələcəyini söylədim. Onlar məni dəli adlandırdılar. Ancaq biirdim. Oyunun vaxtı nə qədər uzansa, bir o qədər Argentinanın qələbə şansı olacaqdır".
Qol.Az-ın məlumatına görə, bu sözləri "Atletiko" (Madrid) klubunun baş məşqçisi Dieqo Simeone "deyib.
Mütəxəssis Argentinalı yığmasının "DÇ-2014"ün finalında Almaniyaya da penaltilərlə qalib gələcəyini iddia edib: "Almaniya çox güclü və təşkilatlanmış komandadır. Yoahim Löv isə böyük məşqçidir. Ancaq bir məsələ var ki, bu, Argentina yığmasına kömək edə bilər. Almaniyanın ucaboylu müdafiə xəttini nəzərdə tuturam. Messi və İquainin sürəti bu oyunda həlledici rol oynaya bilər. Argentinanın Almaniyanı da penaltilərlə məğlub edəcəyini düşünürəm".
Qeyd edək ki, Almaniya - Argentina oyunu sabah gecə, Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.