İstanbulun Ümraniye rayonunda motosiklet oğurluğu edən şəxs iki polisi güllələyib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, oğru tutulan zaman polisə müqavimət göstərib.
İstanbul Polis İdarəsindən verilən açıqlamaya görə, bu zaman üzərində 26 oğurluq faktı olan 19 yaşlı Y.E.Ç. polislə "süpürüşüb": "Süpürüşmə zamanı o, polislərdən birinin silahını alıb və atəş etməyə başlayıb. Qadın polis Şeyda Yılmaz yaralansa da, ona cavab atəşi aça bilib. Hadisədə şeyda Yılmazla diggər polis K.H.S., şübhəli və onun hadisə yerində polisə maneələr yaradan anası P.G. yaralanıb. Yaralılardan polis zabiti Şeyda Yılmaz həkimlərin müdaxilələrinə baxmayaraq, şəhid olub. Qalanlarının xəstəxanada müalicəsi davam edir".
İstanbul polisi Şeyda Yılmazın ailəsinə başsağlığı verib: "Şəhidimizə Allah rəhmət eləsin, kədərli ailəsi, yaxınları və qəhrəman polisimizə başsağlığı veririk. Yaralı polisimizə tezliklə şəfa diləyirik”.
Lamiyə Əhmədli
MİA.AZ