Türkiyə Superliqasının 6-cı turunda "Eyüpspor"u 2:1 hesabı ilə məğlub edən "Beşiktaş"ın baş məşqçisi Covanni van Bronkhorst açıqlamalar verib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, Arda Turanın komandasına qarşı qələbə qazandıqları üçün sevincli olduqlarını deyib.

UEFA Avropa Liqasının ilk həftəsində "Ayaks"la səfər oyununa toxunan hollandiyalı çalışdırıcı deyib ki, ölkəsində oynamağın xüsusi zövqü olacaq: "Ölkəmdə bizi "Ayaks" və "Tvente" ilə maraqlı oyunlar gözləyir. Hollandiya komandalarına qarşı iki dəfə oynayacağıq. "Ayaks" güclü azarkeşləri olan yaxşı komandadır. Bu matça hazırlaşmaq üçün 3 günümüz var. Avropada ilk oyunumuzda qalib gəlmək üçün meydana çıxacağıq"

"Fənərbağça" ilə "Qalatasaray"ın arasında ötən gün oynanılan derbiyə gəldikdə, təcrübəli məşqçi oyunu izlədiyini deyib: "Derbilər əlahiddə matçlardır. Təbii ki, hər kəs belə matçları izləyir. Mən də oyunu baxdım. Komandamızı hər iki rəqibə qarşı xüsusi hazırlayacağıq. İndiyə kimi super kubokda  "Qalatasaray"la oynadıq. "Fənərbağça"nı izlədik. Hər iki məşqçinin oyun üslublaırnı gördük, analiz edirik. Hazırda ilk hədəfim komandamı "Ayaks"a qarşı hazırlamaqdır. Ondan  sonra "Fənərbağça" və ya "Qalatasaray" gəlir...".

Fərid Aslan

MİA.AZ