Ahmet Nur Çebinin prezident olduğu dönəmdə "Beşiktaş"ın 4,5 milyon avroya transfer etdiyi və Covanni van Bronkhorst baş məşqçi təyin olunduqdan sonra heyətə düşə bilməyən Bəxtiyor Zaynutdinovla bağlı qeyri-müəyyənlik davam edir.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, yeni baş məşqçi Covanni van Bronkhorstın performansını bəyənmədiyi qazax əsilli futbolçu artıq azarkeşlər tərəfindən də unudulub.
Türkiyə mətbuatı yazır ki, klub onu satmaq istəsə də, alan olmayıb: "Ümid qış transfer pəncərəsinə qalıb. Əgər o zaman da bunu alan olmasa, onda klubla 2027-ci ilədək müqaviləsi olan Zaynutdinov oynamadan havayı maaş alacaq"
Xatırladaq ki, o, 2023-cü ilin avqustunda "CSKA Moskva"dan transfer olunub.
Fərid Aslan
MİA.AZ