Ötən gecə UEFA Çempionlar Liqasında 6 oyun baş tutub.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, "Real Madrid" öz meydanında Almaniyanın "Ştutqart" komandasını 3-1 məğlub edərək mövsümə 3 xalla başlayıb.

Günün ən bol qollu oyunu isə "Bavariya" ilə Xorvatiyanın "Dinamo Zaqreb" komandaları arasında olub. Almanlar xorvat komandasını top kimi çiləyib - 9:2.

İngiltərənin “Aston Villa” komandası isə “Qalatasaray”ı mübarizədən kənarlaşdıraraq turnirə qatılan İsveçrə təmsilçisi “Yanq Boys”u səfərdə 3:0 hesabı ilə məğlub edib.

"Liverpul" isə səfərdə "Milan"a dərs verib - 3:1.

Beləliklə, UEFA Çempionlar Liqasında günün nəticələri belədir:

Yanq Boys - Aston Villa: 0-3

Yuventus - PSV Eindhoven: 3-1

Milan - Liverpul: 1-3

Bavariya - Dinamo Zaqreb: 9-2

Real Madrid - Ştutqart: 3-1

Sportinq - Lill

Fərid ASLAN

MİA.AZ