"Qalatasaray" Super Liqanın 3-cü turunun təxirə salınmış matçında "Qaziantep FK"nı məğlub edib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, “Rizəspor”u 5-0 hesabı ilə məğlub edən "sarı-qırmızılı"lar bu oyuna da sürətli hücumlarla başlayıb.
"Aslan" artıq matçın 11-ci dəqiqəsində Barış Alper Yılmazın vurduğu qolla 1-0 önə keçib.
26-cı dəqiqədə Yunus Akgün fərqi artırıb - 2:0.
75-ci dəqiqədə isə Mişi Batşuayi Barış Alperin ötürməsini qola çevirib - 3-0.
Oyunun 81-ci dəqiqəsində "Qaziantep"in oyunçusu Furkan Soyalp qapıçı Musleranın xeyli qabağa çıxdığını görüb təxminən mərkəzdən qapını nişan alıb - 3:1.
Oyun bu hesabla başa çatıb.
Bu qələbə ilə "Qalatasaray" liqada oynadığı 5 oyunun hamısından 15 xal toplayaraq bu həftə "fənərbağça" ilə derbiyə inamlı yollanacaq.
Fərid Aslan
MİA.AZ