Azərbaycan millisinin hücumçusu Renad Dadaşovun formasını geyindiyi Türkiyənin "Ankaragücü" komandasında yeni baş məşqçi təyinatı olub.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə klub açıqlama yayıb.
Bildirilib ki, baş məşqçi Kənan Koçak ilə 2 illik müqavilə imzalanıb.
Xatırladaq ki, komanda son 5 oyunda 2 qələbə, 3 məğlubiyyət alıb.
Klub sentyabrın 15-də baş məşqçi Cihat Arslanla yollarını ayırıb.
Fərid Aslan
MİA.AZ