Xırdalan şəhərində yeni tikilən binadan fəhlə yıxıəlaraq ölüb.

Mia.z xəbər verir ki, hadisə ”Abşeron City” yaşayış kompleksində baş verib.

Bildirilib ki, binanın tikintisində işləyən Bəhmən Qurban oğlu Ağayev ehtiyatsızlıqdan yıxılaraq dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Xatırladaq ki, bu yaşayış kompleksi adı müxtəlif qalmaqallarda hallanan Şahin Mirkişiliyə məxsusdur.

MİA.AZ