Türkiyənin qırmızı xətlə axtardığı Amed bölgəsi üzrə sözdə məsul lider, "Hebun Piro Amed" kod adlı Zırav Taş və "Botan" kod adlı Fehmi Başkurta qarşı uğurlu əməliyyat keçirilib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə Daxili İşlər naziri Ali Yerlikaya məlumat verib.
Nazirin sözlərinə görə, Jandarma Komandanlığının Kəşfiyyat İdarəsi və errorla mübarizə Mərkəzinin birgə əməliyyatı ilə Diyarbakırin Lice mahalının çöllük ərazisində 1-i qırmızı, 1-i boz kateqoriyada axtarışda olan 2 silahlı terrorçu zərərsizləşdirilib.
Nazir deyib ki, adıçəkilənlər ən azı 3 təhlükəsizli əməkdaşının, 5 mülki vətəndaşın ölümündə şəxsən iştrak ediblər: "Əziz millətimiz bilsin ki, biz bu xainləri bir-bir müqəddəs vətənimizdən siləcəyik. Şəhidlərimizin qanı yerdə qalmaz, qalmayacaq".
Tahir Şəlvəli
MİA.AZ