"Qalatasaray"ın və türk futbolunun əfsanəvi məşqçilərindən olan Fatih Terim Portuqaliya mətbuatına maraqlı açıqlamalar verib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, "Qalatasaray"dan "Benfika"ya transfer olunan keçmiş tələbəsi Kerem Aktürkoğlu haqqında danışan Terim ulduz futbolçu haqqında bunları deyib: "Onun kimi oyunçu çox azdır. Kerem bütün məşqçilərin sahib olmaq istədiyi futbolçudur. O, kifayət qədər istedadlıdır."
Aktürkoğlunun Avropanın ən yaxşılarından biri olacağını iddia edən Fatih Terim deyib ki, Keremin "Benfika"ya transfer onun üçün sürpriz olmayıb: "Çünki o, Avropanın ən yaxşı cinah oyunçularından biridir. Bunu hamınız tezliklə görəcəksiniz".
Fərid Aslan
MİA.AZ