Türkiyədə qadın həkimə dərman verib zorlayan baş həkim cəzalandırılıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Kırklareli şəhərində yerləşən özəl xəstəxananın baş həkimi A.Ç. əcnəbi qadın həkim E.V-nin içkisinə dərman qataraq onu zorlayıb.

Məlumata görə, otağında qadın həkimə israrla bir "rumka" içki içirən Baş həkim A.Ç.  onun içkisinə dərman qatlb: "Halı özündə olmayan E.V. ad-soyadlı qadın həkimi soyunduran baş həkim onu iradəsindən kənar zorlayıb. Ayılandan sonra xəstəxanadan evinə gedən həkim psixoloqların yardımını almaqla yanaşı, polisə şikayət edib. Fakt araşdırılıb. Baş həkim könüllü intim əlaqədə olduqları desə də, ekspertiza həkimin içkisinə dərman qatıldığını aşkarlayıb".

Türkiyə mətbuatı yazır ki, məhkəmə baş həkimə 15 il həbs cəzası kəsib.

Firudin Səfərli

MİA.AZ