İngiltərə çempionatında çıxış edən "Kardiff Siti"nin uğursuz çıxışı komandanın türkiyəli baş məşqçisi Erol Bulutun başına dərd olub.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, son 5 turun oyunlarından cəmi 1 xal toplaya bilən "Kardiff Siti" Bulutu qovmağı düşünür.
Məlumata görə, qarşıdakı oyun türkiyəli mütəxxəssis üçün son şans olacaq: "Əgər ona qədər qovulmasa, qarşıdakı oyun Erol Bulut üçün son fürsət olacaq. Mıhz bu oytundan sonra onunla bağlı yekun qərar elan ediləcək".
Xatırladaq ki, Erol Bulutun komandası 5 matçda 11 qol buraxıb, cəmi bir qol atıb.
Fərid ASLAN
MİA.AZ