"Beşiktaş"ın baş məşqçisi Giovanni Van Bronckhorst "Trabzonspor"la 1-1-lik səfər oyunundan sonra mediaya açıqlamalar verib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, O, çətin səfər oyunundan qalib dönə bilməməərindən kədərləndiyini ifadə edib: "Çətin səfər oyunu, çətin matç əlbəttə. Öz meydanında güclü olan və yeni baş məşqçisi ilə başlayan komandaya qarşı oynadıq. Matçın ilk 15 dəqiqəsi gözlədiyim kimi keçdi. Bu, templi ilk 15 dəqiqə idi. Rəqibimiz üçün matçın dəyişməsi 10 nəfərlə qalması oldu Qırmızı vərəqədən sonra 10-15 dəqiqə yaxşı oynaya bilmədik. 10 nəfərə qarşı istədiyimiz kimi oynaya bilmədik. Rəqibin qol vurduğu cərimə zərbəsi mövqeyində yaxşı müdafiə oluna bilmədik. Sadə vəziyyətdə qol buraxdıq".

Baş məşqçi rəqib qapçının əla oyununa diqqət çəkib və bərabərlikdə onun böyük payı olduğunu deyib: "Rafa Silva və Semihlə fürsət tapdıq. Bunları qola çevirə bilmədik. Qapçı yenə əla oynadı. Bir sözlə, çətin səfər oyunundan 1 xal qazanırıq. Amma iki xal itirdik. Təbii ki, qalib gəlməmək üzücü idi. Bu matçı təhlil edib, gələn həftə oynayacağımız "Eyüpspor" matçına hazırlaşacağıq".

Fərid Aslan

MİA.AZ