Türkiyədə tanınmış professor amansızlıqla öldürülüb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Mersin Səlçuklu Universitetinin keçmiş müəllimi, professor Səlahəddin Doludenizin meyiti zibillikdə əl-ayaqları bağlı və lüt formada çəlləkdə tapılıb.
Türkiyə mətbuatı yazır ki, onun cəsədini dünən səhər saatlarında Mersin şəhərinin Bozyazı mahalı, Ustalar məhəlləsindəki ərazidəki zibilləri daşımağa gedən bələdiyyə işçiləri aşkarlayıblar: "İlkin araşdırma zamanı lüt, əlləri və ayaqları bağlanmış, çürüməyə başlayan cəsədin professor Səlahəddin Doludenizə aid olduğu müəyyən olunub. Bundan sonra onun nəşi ekspertizaya göndərilb. Gaktla bağlı geniş araşdırmalara başlanılıb".
Məlumata görə, professorun amansız ölümü ilə bağlı hələli ipucu tapılmayıb.
Firudin Səfərli
MİA.AZ