Azərbaycan millisinin hücumçusu Renad Dadaşovun formasını geyindiyi Türkiyənin "Ankaragücü" komandasınn  baş məşqçisi istefaya göndərilib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə klub açıqlama yayıb.

Bildirilib ki, baş məşqçi Cihat Arslanla yollar ayrılıb: "Baş məşqçimiz Cihat Arslanla qarşılıqlı razılaşma ilə yollarımızı ayırdıq. Ona indiyə qədər göstərdiyi xidmətə görə təşəkkür edir, gələcək karyerasında uğurlar arzulayırıq".

Xatırladaq ki, mövsümün əvvəlində baş məşqçi təyin olunan Arslanın rəhbərliyi altında "MKE Ankaragücü" 5 liqa matçında 2 qələbə, 3 məğlubiyyət alıb.

Fərid Aslan
MİA.AZ