Avqustun 26-da vəfat edən 76 yaşlı dünyaca məşhur məşqçi Sven-Qoran Eriksson bu gün öz ölkəsində -  İsveçdə torpağa tapşırılıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu gün futbol mütəxəssisiylə keçirilən vida mərasiminə keçmiş futbolçu, hazırda ABŞ-da klub sahibi olan Devid Bekhem də qatılıb.

Eriksson ailəsinin yaxınlarının iştirakı ilə o, dəfn edilib.

Xatırladaq ki, Erikisson İtaliyanın “Latsio”, “Fiorentina” və “Roma”, Portuqaliyanın “Benfika” və İngiltərənin “Mançester Siti” kimi komandaların  baş məşqçisi olub. Bundan əlavə, o, İngiltərə milli komandasına rəhbərlik edən ilk əcnəbi baş məşqçi ünvanına da sahibdir.

Karyerası boyu isveçli çalışdırıcı “Latsio” ilə 1 Kuboklar Kuboku, 1 Super Kubok və A Seriya çempionluğu, “Göteborq”la UEFA kuboku, “Benfika” ilə isə 3 Portuqaliya liqa çempionluğu qazanıb.

Zülfiyyə

MİA.AZ