İstanbülun Üsküdar bölgəsində motosklietlə iş yerinə gələn kosmetik məhsullar satan firmanın sahibi Kemal Çağlar Temellə bağlı maraqlı məlumatlar ortaya çıxıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, sui-qəsdlə öldürülənbiznesmenin ölüm səbəbi bəlli olmasa da, onun məşhur mafiya lideri, MHP-yə yaxınlığı ilə tanınan Alaattin Çakıcıyla yaxındost olduğu üzə çıxıb: "İş adamı sosial media hesabında tez-tez dostu iə fotolarını paylaşır, onun haqda yazırdı...".

İŞ ADAMI ALAATİN ÇAKIRLA

Məlumata görə, Kemal Çağlar Temelin ölüm hökmünü başqa bir kriminal dəstə başçsı Boran Ezizin sifariş verdiyi iddia olunur: "Polisin araşdırmasına görə, bu qətlin sifarişçisi Boran Dəniz olub. Hadiusə ilə bağlı tətikçi daxil, 16 nəfər tutulub".

Xatırladaq ki, firma sahibi Kemal Çağlar Temelin silahla hücuma məruz qaldığı anlar təhlükəsizlik kamerasına düşüb. Görümən odur ki, ağız nahiyəsində tibbi maska olan şəxs Kamal Çağlar Təməlin motosikletdən düşün iş yerinə girmək istədiyi an ona arxadan yaxınlaşaraq başına atəş edib öldürür.

Firudin Səfərli

MİA.AZ