İsrail xüsusi təyinatlıları 4 gün əvvəl sürətli hazırlanan plan əsasında qəfil Suriya ərazisinə daxil olub.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, sentyabrın 9-da gerçəkləşən hücum əməliyyatda helikopterlərlə Suriyanın 50 km-liyinə qədər girən xüsusi təyinatlıları havadan PUA-lar dəstəkləyib.
“The New York Times” qəzeti adı açıqlanmasını istəməyən ABŞ və Qərb rəsmilərinə istinadla yazıb ki, İsrail əsgərləri burada "Hizbullah"a aid "həssas raket" və dron istehsalı müəssisəsini ələ keçiriblər: "Bu hücuma qədər İsrail yeraltı tunellərlə zəngin bu müəssisəyə 2 dəfə güclü hava zərbəsi endirib. Lakin bu zərbələrin zavoda necə təsir etməsinə əmin olmadıqlarından bir neçə gün sonra quru əməliyyatına qərar verilib. Sürətlə həyata keçiriən əməliyyatla zavod ərazisinə girən komandolar qısa zamanda müəssisənin tamamını ələ keçirblər".
Qəzet yazır ki, müəssisədə - yeraltı tunel tipli anbarlarda saxlanılan yüzılərlə hədəfə həssas raketlərlə və dronalr aşkarlanaraq ələ keçirilib: "Həmin raket və dronalr İsrailə daşınıb, zavod isəö tam yararsız hala salınıb..."
İsrail məsələ ilə bağlı açıqlama verməsə də, ABŞ rəsmisi bildirib ki, Təl-Əviv hücumdan əvvəl ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) komandanı general Michael Erik Kurilli əməliyyat barədə məlumatlandırıb.
Qərb rəsmilərindən biri isə qəzetə açıqlamasında İsrailin dəfələrlə obyektə hava zərbələri endirdiyini, lakin obyektin daxilindəki gizli bölmələrə nüfuz edə bilmədikləri haqda xəbəri təsdiqləyib: "Bu səbəbdən uğurlu quru əməliyyatı keçirilib."
Xəbərdə o da deyilir ki, əməliyyat zamanı komandolaa müaviumət göstərmək istəyən Əsəd rejiminə bağlı 18 hərbçi öldürülüb, 37 nəfəri isə yaralanıb. Onların müəssisədən xeyli kənarda PUA zərbəsi ilə vurulduğu iddia olunur.
"Hizbullah"ın itkisi isə açıqkanmayıb.
Tahir Şəlvəli
MİA.AZ