Rusiyanın İtaliya televeziyasının - RAİ-nin iki əməkdaşını axtarışa verməsi rəsmi Romanı ayağa qaldırıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, artıq İtaliya RAI müxbirlərini axtarışa verən Rusiyanın Romadakı səfirini XİN-ə çağırıb.

Bu barədə açqılama verən İtaliyanın baş nazirinin müavini və xarici işlər naziri Antonio Tajani bildirib ki, səfirdən bu təəccüb doğuran aktla bağlı izahat istəniiləcək: "Onlar izahat verməlidir ki, peşəsi xəbər yaymaq olan italyan jurnalistlər niyə axtarışda olanların siyahısına daxil edilib..."

Nazir bu qərarı qəbuledilməz sayıb.

Xatırladaq ki, italyan jurnalistlər avqust ayında Ukrayna əsgərlərinin Rusiyanın Kursk bölgəsinə hücmuna qatılıb və onlar əməliyyat zonasından canlı yaymlar ediblər.  Bundan sonra Rusiya RAI kanalının müxbiri Stefania Battistini ilə operator Simone Trainini rəsmi axtarışa verib.

Rusiya Daxili İşlər Nazirliyi hətta öz saytında onların adlarını ictimaiyyətə açıq olan "Axtarılanlar siyahısı"na daxil edib. 

İtaliya isə bundan sonra hər media təmsilçisini geri çağıraraq qoruma altına alıb.

Lamiyə Əhmədli
MİA.AZ