Türkiyənin Diyarbəkr bölgəsində öldürülən 8 yaşlı Narinlə bağlı 9 nəfər haqda həbs qətimkan tədbiri seçilib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Diyarbakır Ədliyyə Tibb Qurumunda aparılan ilk araşdırmaya görə, meyitdə başqasına aid DNT tapılmayıb: "Cəsədi çuvalda suda qalan Narinin ölümünün dəqiq səbəbini ilk müayinədə müəyyən etmək hələlik mümkün olmayıb. Meyitdən götürülən nümunələrin tədqiqi Diyarbəkirlə yanaşı İstanbulda da davam edir".

Məlumata görə, prokurorluqda dindirilməsi başa çatan 22 şübhəlidən 9-u barəsində həbs-qətimkan tədbiri seçilərək məhkəməyə sövq edilib: "İstintaq çərçivəsində saxlanılan Narin Güranın anası, atası, 2 qardaşı, 4 əmisi və həbs edilən əmisi Salim Güranın arvadı da daxil olmaqla 22 şübhəlinin ifadələri alınıb jandarma əməliyyatları tamamlanıb. Şübhəlilər arasında anası Yüksel, böyük qardaşı Enes, əmisi Fuat Güran, əmisi oğulları Muhammet Kaya və Birsen Güran, əmisi Salimin arvadı Maşallah Güran, xalasının əri Mehmet Şevket Kaya, Mehmet Səlim Atasoy və R.A haqqında həbs qərarı verilib. Ana Yüksel və böyük qardaşı Enes Güran "qəsdən adam öldürmə cinayətində iştirak etmək", əmisi Fuat Güran "cinayət dəlillərini məhv etmək", digər 6 şübhəlinin isə "cinayət dəlillərini məhv etmək"də ittiham olunurlar..."

Narinin atası Arif Güran da daxil olmaqla 10 nəfər sərbəst buraxılıb.

Lamiyə Əhmədli
MİA.AZ