Türkiyə siperliqasında "Qalatasaray"da "Çaykur Rizespor" matçının hazırlıqları davam edir.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, artıq "Sarı-qırmızılılar"ın start heyəti də müəyyənləşməyə başlayıb.

Məlumata görə, "Qalatasaray"da qapını Fernando Muslera qoruyacaq: "Zədəsini sağaldan Davinson Sançez və Abdülkerim Bardakcının mərkəz müdafiə xəttində olacağı gözlənilir. Sağ cinah müdafiəsində Elias Jelert, solda isə İsmayıl Yakobs və ya Berkan Kutlu çıxış edəcək. Lukas Torreyra və Qabriel Sara yarımmüdafiənin mərkəzində olacaq. Barış Alper Yılmazla birlikdə cinahlarda Hakim Ziyeç çıxış edəcək. Dris Mertens hücumçu arxasında şans qazanacaq. Forvard Mauro İkardinin yoxluğunda hücum xəttini Mişi Batşuayi arxasıycan aparacaq".

Xəbərdə deyilir ki, 100 milyon avroluq yeni transfer Viktor Osimhenin matça ehtiyatda başlayacağı gözlənilir.

Fərid ASLAN

MİA.AZ