Türkiyənin Diyarbəkr bölgəsində 8 yaşlı Narinin cəsədini çayda suyun altında gizlədən Nevzat Bəxtiyarın sensasiyalı ifadəsi yayılıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, onun prokurorluğa verdiyi və "A Haber" telekanalında yayımlanan ifadəsində Narinin qatili sayılan əmisi Salim Güranla bağlı iyrənc olduğu qədər şokedici iddialar irəli sürüb.
Məlumata görə, Bəxtiyar ifadəsində Salim Güranın Narinin anası, yəni, qardaşı arvadı Yüksel Güran və öz doğma əmisinin həyat yoldaşı ilə gizli eşq yaşadığını deyib:
NEVZAT BƏXTİYAR
"Salim Güranın Yüksel Güran (Narinin anası) və əmisinin həyat yoldaşı Maşallah Güranla gizli eşq münasibəti olduğu haqda kənddə zatən xəbərlər yayılmışdı. Amma heç kimin bu məsələ ilə bağlı ifadə verəcəyini düşünmürəm. Təxmin edirəm ki, Narin bu qadınlardan biri ilə Salimin cinsi əlaqədə ollmasını görüb. Bu səbəbdən Narin Güranı öldürə biləcəyini düşünürəm.
NARİNİN ANASI və QATİL ƏMİSİ SALİM GÜRAN
Düzdür, mən onun bu qadınlarla cinsi əlaqəsini gözümlə görməmişəm. Lakin bunu da qeyd etmək istərdim: Uğurcan Güran avqustun 25-də toy edəcəkdi. Kişilərin çoxu dəvətnamə paylamaq üçün kənddən kənarda olduğundan, məncə, Səlim Güran o qadınlardan biri ilə cinsi əlaqədə olmaq üçün Tavşantəpə kəndində qalmış ola bilər. Salim Güranın məni çağırdığı ilk yer Arif Güranın tövlə kimi istifadə etdiyi yer oldu. O tövlədə yəqin ki, qadınlardan bir ilə cinsi əlaqəsini Narin görüb. Narinin meyiti mənə təhvil veriləndə onun tərliyi (çəkələk) yanında idi. Bu da onu göstərir ki, Narinin evə girməmiş öldürülüb. Narini öldürmədim, bir daha deyirəm, mən öldürmədim. Sadəcə, Salim Güranın gətirdiyi Narinin cəsədini çayda suyun altında gizlətdim...".
NARİNİN ANA və ATASI
Xatırladaq ki, itkin düşəndən 19 gün sonra cəsədi çayda üzrərinə ağır daş qoyulmuş çuvalda tapılan Narin Güranın qətli ilə bağlı ata-anası, qardaşları, 8 əmisindən 7-si daxil 23 nəfər saxlanılıb.
Firudi Səfərli
MİA.AZ