Türkiyə yığmasının İslandiya ilə oyununda Kerem Aktürkoğlunu stadionda canlı izləyən "Benfika"nın baş məşqçisi Bruno Lage daha bir türk futbolçuya "göz qoyub".
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, oyunda 3 qol atan Kerem Aktürkoğluna heyran olan "Benfika"nın baş məşqçisi İsmail Yüksekin də performansını bəyənib.
Türkiyə mətbuatı yazır ki, oyundan sonra o, klubdan İsmailin də transferini istəyib: "Əgər şərtlər münasib olsa, 25 yaşlı yarımmüdafiəçi Kərəmlə eyni klubda tər tökəcək".
Xatırladaq ki, hazırkı bazar dəyəri 12 milyon avro olan 25 yaşlı futbolçu "Fənərbağça"nın heyətində 87 matçda 2 qol vurub, 7 məhsuldar ötürmə verib. Onun komandası ilə 2027-ci ilə qədər müqaviləsi var.
Fərid
MİA.AZ