Türkiyəli ictimai fəal, bloger Ayşenur Ezgi Eyginin işğal altındakı İordan çayının qərb sahilində İsrail əsgərləri tərəfindən öldürülməsinə ABŞ prezidenti Co Bayden reaksiya verib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Bayden Nyu Yorka səfəri öncəsi Ağ Evin qarşısında jurnalistlərin suallarını cavablandırıb.

Türk blogerin ölümü ilə bağlı suala cavab verən Bayden bunu bir qəza adlandırıb: "Görünən odur ki, bu, bir qəza idi, güllə yerdən səkərək təsadüfən ona dəydi. İsrail bunun məsuliyyətini üzərinə götürüb və araşdırma aparır. Biz də bu prosesi izləyirik"

Bayden xatırladıb ki, bloger həm də ABŞ vətəndaşı olduğundan İsraildən izahat istənilib: "Onun ölümü faciəli bir səhvin nəticəsidir. İsraildən oxşar hadisələrin bir daha təkrarlanmaması üçün gərəkli addımlar atmalı olduğunu tələb etmişik. Eyginin ölümü qəbuledilməzdir".

Samir Musayev

MİA.AZ