Türkiyəli baş məşqçi Engin Fıratın çalşdırdığı Keniya yığması Afrika Millətlər Kubokunda ilk qələbəsini qazanıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki,  Keniya qrupdakı ikinci oyununda Namibiyanı 2:1 hesabı ilə məğlub edib.

2025-ci il Afrika Millətlər Kubokunun J qrupunun ikinci oyununda baş məşqçi Engin Fıratın komandası 58-ci dəqiqədə Con Avirenin qolu ilə 1-0 önə keçib.

Duke Abuya isə 76-cı dəqiqədə komandasının ikinci qolu vurub. 

Nambiya 90+4-də Deon Hottonu  qolu ilə fərqi azaldıb - 2:1..

Oyun bu hesabla başa çatıb.

Beləliklə, meydandan 2:1 hesabı ilə qalib ayrılan Keniya xalını 4-ə çatdıraraq qrup lideri olub. 

Fıratın komandası 2025-ci il Afrika Millətlər Kubokunun seçmə mərhələsi çərçivəsində oktyabrda Kamerunla qarşılaşacaq.

Fərid Aslan

MİA.AZ