Etibar ƏLİYEV

***

Emin Əmrullayev: "Müasir elmi tədqiqatlar çox böyük maliyyə tələb edir. Amma biz daha uyğun sahələrdə nailiyyət əldə edə bilərik. Kifayət qədər çox ictimai müzakirə var. Amma onların içərisində elm çox azdır. Bu hay-küylü fikirlərdən elmə gedən yollarda nümunələrə ehtiyac var. Elmlə məşğul olan insanları biz tanımırıq, görmürük."

Bu sözlərdən sonra bədnam qonşularımız bizim millət haqqında nə düşünər?

Elm və Təhsil naziri Azərbaycanda elmlə məşğul olan insanları görmür, tanımır? Bəs elmlə məşğul olanlar nəyi görmürlər?

Təəssüflər olsun ki, onlar gördüklərini deyə bilmirlər. Amrullayevin təbiri ilə desək hay-küy salırlar.

Onlar bilirlər ki, nəinki Elm və Təhsil nazirinin, heç Elm və ali təhsil siyasəti şöbəsinin müdiri Turxan Süleymanın belə elmi dərəcəsi yoxdur. XXI əsrin acı həqiqətləri: elmdən xəbəri olmayan elmdən, təhsili bilməyən təhsildən danışır...Elm və təhsil bu səviyyədə bəsitləşəndən sonra…

Mia.az