İstanbulun Ataşehir şəhərində kikboks üzrə Türkiyının yığmasınınü üzvü  Caner Tikicieri başından güllələnib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, hadisə sentyabrın 3-də gecə saat 23.00-da baş versə də, hadisə barə xəbər bu gün mediaya sızıb.

Məlumata görə, hadisə 250 min lirə (təxminən 12500 manat - Mia.az) borc üstündə baş verib: 

"Kikboks Federasiyasının üzvü, kikboksçu və məşqçi Caner Tikicieri bir müddət əvvəl yeni avtomobil alıb. İddialara görə, o, avtomobili alarkən maşının sahibinə 250 min lirə borclu qalıb. Hadisə baş verən gün Caner Tikicieri və maşını satan 25 yaşlı Halil G. bir neçə nəfərin iştirakı ilə "razborka"da olublar. Mübahisə qısa zamanda silahlı qarşıdurmaya çevrilib. Bu zaman Halil Tikicieri başından vurub. Yaralanan Caner Tikicieri yerə yıxılıb. Bu zaman onunla gələn dostu Buğra Ş. Halilə atəş  açıb. Halil başından yüngül yaralanıb. Caner Tikicier isə ölüb".

Türkiyə mediası yazır ki, polisə ifadə verən Halil ilk ifadəsində silahdan istifadə etmədiyini iddia edib: "O, Canerə maşın satdığını və ona borclu qaldığını desə də, hadisə günü silaha əl atmadığını deyib. Bildirib ki, mübahisə zamanı Canerin dostu onu güllələmək istəyib və bu zaman onun açdığı atəş Canerə dəyib...".

Hadisə şahidləri isə bildirib ki, mübahisə zəminində dava düşüb: "Həmin anda Halil Caner Tikicierə başındna vurdu, Buğra isə dostunun vurulduğunu görəndə, o da Halilə atəş açdı".

Xəbərdə deyilir ki, hadisə iə bağlı Halillə birgə 19 yaşlı Muhammed Y.G. və onun həmyaşıdı Kadir G.  saxlanılıb.

Firudin Səfərli

MİA.AZ