"Bu lövhə (Yazıya əlavə olunub - Mia.az) Odessanın mərkəzində yerləşir".
Bu barədə Mia.az-a Odessada yaşayan "Birlik" Odessa azərbaycanlıları diaspor təşkilatının sədr müavini, jurnalist Anar Natiqoğlu məlumat verib.
Anar Natiqoğlu bildirib ki, Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən öncə bu məsafə göstəricilər arasında bir neçə Rusiya şəhərinin də adı və onlara qədər olan məsafə vardı: "O lövhələr götürüldükdən sonra "Birlik" Odessa azərbaycanlıları diaspor təşkilatı olaraq Bakı və ya Odessa ilə qardaşlaşmış şəhər olan Gəncə adının boş qalan yerlərdən birinə əlavə olunmasını təklif etmişdik. 2 illik gözləmədən sonra şəhər meriyası təklifi müsbət qiymətləndirib və Gəncənin adını lövhəyə yerləşdirib.
Azərbaycan və diasporamız adına müsbət hadisədir!".
Fərid
MİA.AZ