İstanbulda bu gün biznesmen güllələnib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, hadisə Üsküdar rayonunda baş verib.

Məlumata görə, yerli vaxtla saat 11:00 radələrində Bürhaniyyə məhəlləsində, Burhaniyyə Abdullahağa küçəsində kosmetik məhsullar satan firmanın sahibi Kemal Çağlar Temel iş yerinə gələrkən silahla hücuma məruz qalıb: "Üzündə maska, başında papaq olan şəxs əvvəlcə onu arcadan başından güllələyib. Daha sonra yıxılan iş adamını yerdə güllələdikdən sonra qaçaraq hadisə yerindən uzaqlaşıb".

Hadisə şahidi Halis Gündoğdu bildirib ki, maskalı şəxsi hadisədən təxminən saat yarım orada görüb: "O, burada dayanmışdı, maska ​​taxmışdı. Bir müddət gözdən itdi, sonra geri qayıdıb iş yerini izləməyə başladı. Fikirləşdim ki, oğrudur, ona görə bayırdakı mala diqqət elədim. Ancaq 2-3 dəqiqədən sonra atəş səsləri eşitdim. Sui-qəsdçi daha sonra qaçdı...".

Digər şahid Mehmet Uğur isə yerli mətbuata deyib ki, şübhəli şəxs əvvəldən hadisə yernə gəlib: "Hətta maskalı-filan olmasından dolayı ondna şübhələndik. Ona tər-tərs baxdıq da. Bundan sonra o, aşağıya getdi. Sonra yenidən gəlib iş yerinə gələn şəxsi güllələdi.  Əvvəl arxadan başına iki güllə sıxdı, daha sonra yerdə ikən 15 güllədə atdı..."

Məlumata görə, polisin hadisə ilə bağlı geniş araşdırma aparır.

Firudin Səfərli

MİA.AZ