Akrobatika gimnastikası üzrə Azərbaycan millisinin üzvləri Potuqaliyanın Qimarayeş şəhərində keçiriləcək dünya yaş qrupları yarışlarında iştirak edəcəklər.
Mia.az xəbər verir ki, bu barədə Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidməti məlumat yayıb.
12-18 yaş kateqoriyasında Dinara İbadova, Qəşəng Ağamoğlanlı, Ceyla Əlizadə, Diana Məmmədova, Safiya Babayeva və Firuzə Qasımzadə mübarizə aparacaqlar.
13-19 yaş kateqoriyasında isə Ayan Hacılı, Aylin Məmmədova, Jasmin Əliyeva, Nəzrin Zeyniyeva, Anahita Bəşiri və Zəhra Rəşidova bacarığını göstərəcək.
İdmançılara məşqçilər Aynur Yusufova və Leyla Əliyeva rəhbərlik edəcək. Durdanə Əhmədova isə hakimlər sırasında yer alacaq.
Qeyd edək ki, turnir sentyabrın 12-15-i aralığında baş tutacaq.