"Qalatasaray"ın 2021-2022 mövsümünün əvvəlində "Universitatea Craiova"dan 6,5 milyon avroya transfer etdiyi rumıniyalı futbolçu Alexandru Cicaldau ölkəsinə dönüşü alınmayıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, komandadakı əcnəbi kvotasını qorumaq üçün "Qalatasaray" rumın futbolçu Aleksandru Cicaldaunu Mehmet Topalın çalışdırdığı Rumıniya Superliqa komandalarından "Petrolul Ploieşt"ə icarəyə verir.

İddiaya görə, bu barədə klublar arasında anlaşma olsa da, futbolçu dünən axşam Rumıniyaya uçan təyyərəyə gecikib: "Məhz bu səbəbdən transfer düyünə düşüb. hazırda klub transfer pəncərəsi bitməmiş onu ölkəsinə yola salmaq üçün digər variantları aaryır".

Xəbərdə deyilir ki, "Qalatasaray"ın Cicaldaunun bütün maaşını yenə qarşılayacaq: ""Petrolul Ploieşt"i isə "Qalatasaray"a cüzi bir icarə haqqı ödəyəcək. Cicaldaunun "Qalatasaray"da maaşı isə təxminən 1 milyon avrodur"

Fərid

MİA.AZ