İspaniyanın "Sevilya" komandası ilə 1 illik müqaviləsi başa çatan dünya şöhrətli futbolçu, "Real"da uzun ilər tər tökmüş Serxio Ramos superliqaya gəlir. 

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə İspaniya qəzetləri yazıb.

Xəbərə görə, 39 yaşlı təcrübəli müdafiəçi ilə "Qalatasaray" maraqlanır: "Ramos da bu təklifə isti yanaşır. Hazırda 39 yaşlı müdafiəçi ilə İstanbul klubu arasında danışıqlar gedir".

Qeyd edək ki, Türkiyədə transfer müdddəti sentyabrın 13-dəkdir. Avropada isə bu müddət başa çatıb.

Onu da qeyd edək ki, 2023-24 mövsümündə "Sevilya"nin heyətində oynayan Serxio Ramos 37 matçda meydana çıxıb. O, 7 qol vurub, 1 məhsuldar ötürmə verib.

Xatırladaq ki, 2005-ci ilin yayında "Sevilya"dan "Real"a transfer olunan Serxio Ramos İspaniya nəhəngi ilə 671 matçda 101 qola imza atıb. Ramos bu illlərdə 5 liqa çempionluğu, 4 İspaniya Superkuboku, 2 Kral Kuboku, 4 UEFA Çempionlar Liqası, 3 Avropa Super Kuboku, 4 FIFA Klublararası Dünya Kubokunu qazanıb.

Zülfiyyə 

MİA.AZ