Yay transfer dönəmində transferləri ilə diqqət çəkən "Beşiktaş" Səudiyyə Ərəbistanının "Al Nassr" klubunda çıxış edən dünyaca məşhur futbolçu Sadio Mane ilə transfer danışıqlarına başlayıb.
Mia.az xəbər verir ki, "Beşiktaş"ın prezidenti Hasan Arat bu məqsdələ "Al Nassr"ın prezidenti Musalli El-Muammer ilə görüşüb.
Məlumata görə, görüşdə Manenin transferi müzakirə edilib.
İddiaya görə, futbolçunun özü də "Beşiktaş"a transferə müsbət yanaşıb.
Xatırladaq ki, Mane “Al Nassr”da 52 matçda 19 qol vurub, 15 məhsuldar ötürmə edib.
Qeyd edək ki, Sadio Mane 2019-cu ildə 150 milyon avro dəyərə sahib olub. İndiki dəyəri isə 15 milyon avrodur.
Fərid
MİA.AZ