"Hatayspor" "Beşiktaş"ın kamerunlu ulduz hücumçusu Vincent Aboubakarı 1 illik icarəyə götürüb.
Mia.az xəbər verir ki, karyerasında "Valenciennes", "Lorient", "Porto", "Al Nasr" və "Beşiktaş"da forma geyinən Aboubakar "Beşiktaş" forması ilə ümumilikdə 117 rəsmi matça çıxıb və 60 qol vurub, 14 məhsuldar ötürmə edib.
Kamerunlu hücumçu mövsümün əvvəlində komandası ilə yollarını ayırmağa razılaşıb. Aboubakarı 1 illik icarə əsasında heyətinə qatan "Hatayspor" klubunun açıqlamasında "Təcrübəli hücumçu Vincent Aboubakarla 1 illik müqavilə imzaladıq" deyilir.
MİA.AZ
Fərid