Masallıda 6 aylıq körpə bədbəxt hadisə nəticəsində ölüb.
Hadisə Digah yaşayış massivində qeydə alınıb.
Belə ki, nəzarətsiz qalan 2024-cü il təvəllüdlü N. Bədəlbəyli uşaq arabasından yıxılıb. Bu zaman qoruyucu kəmər uşağın boğazına sıxılıb. Köməksiz vəziyyərdə qalan körpə boğularaq ölüb.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır(Report).