Sumqayıtda 21 yaşlı oğlan hündürlükdən yıxılaraq ölüb.

Hadisə 9-cu mikrorayonda qeydə alınıb.

2003-cü il təvəllüdlü Fuad Şirin oğlu İsmayılov yaşadıqları bınanın 7-ci mərtəbəsindən yıxılaraq ölüb.

Hadisənin ehtiyatsızlıqdan baş verdiyi bildirilir.

F. İsmayılov universitet tələbəsi olub(APA).

Fakt araşdırılır.