Türkiyə Super Liqasında çıxış edən "Göztəpə"də hücumçu axtarışlarını davam etdirir.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, klub ötən mövsüm "Trabzonspor"da icarədə olan nigeriyalı hücumçu Paul Onuaçununun transferində israrçı olsa da, nigeriyalı qolçu İzmir klubunun təklifinə isti yanaşmayıb.

Məlumata görə, qolçunun nazlanmasından sonra İzmir klubu danııqları ani qərarla kəsib və transferdən imtina edib.

Xatırladaq ki, adıçəkilən hücumçunun bonoservisi İngiltərənin "Sauthempton" klubuna məxsusdur. İngilis klubu ona 15 milyon dollar transfer dəyəri "biçib". Lakin Avropadan ona hər hansı təklif gəlməyib.

Fərid Aslan

MİA.AZ