UEFA Millətlər Liqası D Liqasının 1-ci qrupunun ilk həftəsində San Marino tarixi qələbə qazanıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, San Marino Lixtenşteyni 1:0 hesabı ilə məğlub etməklə, tarixində ilk dəfə rəsmi matçda qalib gəlib.
San-Marinonun yeganə qolunu isə 53-cü dəqiqədə Nikko Sensoli vurub.
Onu da qeyd edək ki, San-Marinonun 20 il əvvəl yoldaşlıq görüşündə qələbəsi də Lixtenşteynlə olub.
Fərid Aslan
MİA.AZ