Qoç - problemlərin orijinal həll yolunu tapın. Ekstravaqant hərəkətlər və qərarlar zamanıdır. Təxəyyülünüzü məhdudlaşdırmayın. Parlaq ideyalar ola bilər.
Çoxdan bəri mövcud olan fikir ayrılıqları, ixtilaflar və problemləri həll etmək mümkündür. Mənasız və kiçik məsələyə görə münasibətləri korladığınız insanlarla ünsiyyəti bərpa edə bilərsiniz.
Günün ikinci yarısı romantik təmaslar, sevdiyiniz insanlarla ünsiyyətlər üçün əlverişlidir. Şəxsi həyatınızla bağlı önəmli qərarlar qəbul edə bilərsiniz. Axşam saatlarını ailə üzvləri ilə keçirin.
Buğa - iki həftə əvvəl yaranmış mürəkkəb problemin həllini tapmaq üçün əlverişlidir. Həll yolu asan olmasa da, hər halda hərəkət etməyin gərəkdiyi istiqaməti müəyyənləşdirə biləcəksiniz. Gözləmədiyiniz, bel bağlamadığınız dəstəyi alacaqsınız.
Maliyyə məsələləri ilə bağlı çoxdan bəri həllini tələb edən problemi günün ikinci yarısında həll edəcəksiniz.
Tənbəllik etməyin, süst davranmayın. Özünüzlə yanaşı, yaxın ətrafınızdakı insanlar üçün də maraqlı məşğuliyyət tapın. Qohumlar və dostlarla əlaqələri möhkəmləndirin. Axşam saatları ailəvi tədbirlər üçün münasibdir.
Əkizlər - baş verənlərə rəğmən soyuqqanlı və təmkinli davranın. Təxribatlara uymayın. Mühüm qərarları müstəqil şəkildə qəbul edin. Məsləhət almaq fikriniz varsa, olayların məcrasında maraqlı olmayan, obyektiv insanı seçin. Hadisələrin bu və digər formada inkişafında maraqlı olmayan insan sizə yardımçı olacaq.
Günün ikinci yarısında situasiyanı obyektiv dəyərləndirin. Yaxın ətrafınızdakı insanların mənfi reaksiyasına və tənqidlərinə hazır olun. Ailədə kiçik problemlər, dostlarla mübahisələr istisna deyil. Çalışdığınız insanlarla nəzakətli davranın. Axşam saatları sakit istirahət üçün yaxşı zamandır.
Xərçəng - yaxşı ideyalarınız pis deyil. Məqsədə çatmaq üçün başqalarının təcrübəsindən yararlana bilərsiniz. Uğurlar gözləntilərinizdən də artıq olacaq. Qəfil təkliflər və dəvətlər istisna deyil.
İndiyədək sizdən uzaq durmağa çalışan, görüş və söhbətlərdən yayınan insanlar günün ikinci yarısında əlaqə yaratmağa çalışacaqlar.
Şəxsi münasibətlər üçün əlverişli zamandır. Sevdiyiniz insan müttəfiqiniz olacaq. Axşam saatlarında yeni tanışlıqlar istisna deyil. Təmaslar çox dinamik inkişaf edəcək.
Şir - yeni, genişmiqyaslı işə başlamağa dəyməz. Tələskənliyə yol versəniz, emosional olsanız, özünüzlə yanaşı, ətrafdakı insanların da əhvalını korlayacaqsınız. Maliyyə çətinlikləri istisna deyil. Bəzi əşyaların alınmasını təxirə salın.
Günün ikinci yarısını uğursuz adlandırmaq çətindir. Mühüm saydığınız işlərdə inkişaf olacaq. Yaxınlarınız sizə xoş sürpriz hazırlayıblar. Rəğbət bəslədiyiniz, maraqlı saydığınız insanlardan biri ilə vaxtınızı xoş keçirəcəksiniz.
Qız - müsbət təmayüllərin təsiri güclənir. Amma ciddi problemlər yaranmayacaq. Böyük məbləğlə risk etməyin. Maliyyə avantüralarına qatılmayın. Sürətlə, asan şəkildə gəlir əldə etməyə çalışmayın.
Günün ikinci yarısında itkilər ola bilər. Buna rəğmən əhvalınızı korlamayın. Yaşam potensialınızın səviyyəsi yüksək olacaq. Tənbəllik etməyin, aktiv davranın. Axşam saatları maraqlı keçəcək.
Tərəzi - planlarınız və niyyətləriniz barədə yaxınlarınıza danışa bilərsiniz. Yardımlardan imtina etməyin. Müstəqil işləməyə can atmayın. Birgə fəaliyyət və əməkdaşlıq daha effektivdir. Problemlərin həlli yaradıcı yanaşma tələb edir.
Günün ikinci yarısına olaylara orijinal nəzər gərəkdir. Sənədləşdirmə və ya dövlət qurumlarının nümayəndələri ilə təmasları ertələyin.
Romantik təmaslar ümidləri doğrultmayacaq. Sevdiyiniz adamı sevindirmək üçün çalışın, səy göstərin. Ənənələri pozmaqdan çəkinməyin. Dəyər verdiyiniz insanlar sizi sərt tənqid etməyəcəklər.
Əqrəb - işlərin əvvəlcədən nəzərdə tutulmuş plan çərçivəsində getməməsi sizi ruhdan salmasın. Dediklərinizi dərhal anlamırlarsa, soyuqqanlı olun. Problemlərin həllini tapa bilərsiniz. Sadəcə, qüvvələrinizi və situasiyanı real dəyərləndirin. Bunun üçün gərəkli nüanslar var. Alış-verişdə bədxərclik etməyin.
Günün ikinci yarısında yaxınlarınızı sevindirə bilərsiniz.
Dəvət aldığınız tədbirə qatılın. Yeni tanışlıqlar istisna deyil. Axşam saatlarında tənha qalmaq istəyəcəksiniz. Sakitləşin, qüvvələrinizi bərpa edin.
Oxatan - baş verənlərə rəğmən nikbin olun. Situasiyanı yanlış dəyərləndirməyin. Gün çətinliklərdən xali deyil, amma sonuc pis deyil. Yeni ideyaları sürətlə həyata keçirəcəyinizi düşünməyin. Bununla belə, həmin ideyaları unutmayın. Vaxt gələndə, onları həyata keçirə bilərsiniz.
Günün ikinci yarısında uzunmüddətli layihələri müzakirə etmək olar. Yaxın gələcəklə bağlı planların təhlilə ehtiyacı var. Sakit və soyuqqanlı olun, tövrünüzü pozmayın.
Ünsiyyətdə sərvaxt davranın. Ən aqressiv insanlarla dil tapmağa çalışın. Axşam saatları dəvət aldığınız tədbirə qatılmaq üçün münasib zamandır.
Oğlaq - soyuqqanlı olun, təmkinli qərarlar verin. Kimsəyə imkan verməyin ki, sizi təbdən çıxarsın. Günün ilk yarısında əhvalınız korlanarsa, emosional qərarlar verməyin. Yaşlı qohumlarla ünsiyyətdə problemlər ciddi deyil.
Günün ikinci yarısında situasiya ilk baxışdan göründüyü kimi fəsadlar vəd etmir. Mübahisələrdə geri çəkilməyə tələsməyin. Səbrli olsanız, baxışlarınızı və mövqelərinizi müdafiə edə bilərsiniz.
Maliyyə fonu uğurlu deyil. Planları reallaşdırmaq üçün pul çatışmır. Borc almaq əsla məsləhət deyil.
Axşam saatlarında şəxsi münasibətlərdə ciddi irəliləyişlər ola bilər.
Dolça - işlər pis deyil. Problemlər yaransa da, onlar önəmli deyil. Layiq olduğundan artıq inandığınız insanlar problem yaradacaq. Sinirlənməyin, aqressiv olmayın. Baş verənləri dəqiq qiymətləndirib davranışınızda dəyişikliklər edin.
Günün ikinci yarısı dostlarla görüş, planlaşdırılmamış təmaslar üçün əlverişlidir. Yeni tanışlıqlar istisna deyil. Haqlarında yaxşı sözlər eşitdiyiniz insanlarla tərəfdaşlığa başlaya bilərsiniz.
Axşam saatları yaşlı qohumlarla ünsiyyət üçün münasibdir. Onlara qayğı bəsləyin, diqqətli davranın.
Balıqlar - uğurlu və sərfəli gündür. Qəfil nailiyyətlər, xoş təsadüflər istisna deyil.
Kədər və melanxoliyaya meylli olsanız da, əhvalınızı korlamayın. Yeni maraqlar, planlar və ideyalar peyda olacaq. Yeni məlumatlar, faydalı təcrübə əxz etməyə çalışın.
Günün ikinci yarısında maraqlı romantik macəra istisna deyil. Təəssüratlar unudulmayacaq. Yeni münasibətlərə başlaya bilərsiniz. Axşam saatlarını ailə üzvlərinizə həsr edin.
Milli.Az