Keçmiş "Azərsu"nun bazasında yaradılan və Köçərli Həsənovun sədri olduğu İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətində daha bir dəyişiklik baş verib.

Mia.az-ın əldə etdiyi məlumata görə, bu gün K.Həsənov uzun illər köməkçisi olmuş və keçmiş "Azərsu" sistemində "kilid adam"lardan sayılan Əfqan Məmmədovu bəlli olmayan səbəbdən xidmətdəki vəzifəsindən uzaqlaşdırıb.

Məlumata görə, K.Həsənov 5 sentyabrda imzaladığı əmrlə Əfqan Məmmədovu 12-ci dərəcə verilməklə, İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti Publik Hüquqi Şəxsin tabelyində olan Nərimanov Sukalan İdarəsinin Abonentlərlə iş şöbəsinin rəisi təyin edib. 

Mia.az xidmətdə baş verən dəyişiklikləri diqqətdə saxlayır.

Samir Musayev

MİA.AZ