Bu gün Almaniyada İsrailin Münhendəki Baş Konsulluğu yaxınlığında gərginlik yaşanıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Münhenin mərkəzində yerləşən İsrail Baş Konsulluğu və adıçəkilən ölkəyə bağlı olan muzeyin yaxınlığında avtomat silahlı şəxs aşkarlanıb.
Məlumata görə, polisin "təslim ol" çağırışına məhəl qoymayan şübhəli şəxsə atəş açılıb: "Şübhəli şəxs açılan atəş nəticəsində hadisə yerində ölüb".
Polisidən verilən məlumata görə, vəziyyət nəzarət altındadır: "Ərazidə başqa şübhəli yoxdur".
Lamiyə Əhmədli
MİA.AZ