"YouTube" gənclərə bədən çəkisi və  fitnesslə bağlı videoları tövsiyə etməyi dayandıracaq.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə sosial media platforması məlumat yayıb.

Bildirilib ki, bundan sonra yeniyetmələr YouTube-da çəki və fitneslə bağlı videolarla daha az qarşılacaqlar: "Mütəxəssislər hesab edir ki, bu cür məzmunlara dəfələrlə baxılması zərərli vərdişlər yaratmaqla, yeniyetmələrə zərərlidir. Bu səbəbdən 13-17 yaşlı uşaqlara belə videoların təkrar baxışı və tövsiyəsi bundan sonra  məhdudlaşdırılacaq".

Zülfiyyə

MİA.AZ