İtaliya A Seriyasında çıxış edən "Napoli"dən transfer olunan "Qalatasaray"ın nigeriyalı mərkəz hücumçusu, 100 milyon avro bazar dəyəri olan Viktor Osimhen "Qalatasaray" azarkeşlərinə müraciət edib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, klubun yaydığı video-rolikdə "RAMS Park"dan azarkeşlərə mesaj ünvanlayıb: "Salam Qalatasaray azarkeşləri. Viktor Osimhen buradadır. Burada olmaqdan çox xoşbəxtəm. Sizi stadionda görmək üçün səbrisizlənirəm. "Qalatasaray”ın mənimlə maraqlandığını eşidəndə, qərarımı asanlıqla verdim. “Qalatasaray”ın nə qədər böyük və ailəvi bir klub olduğunu bilirdim. Onun inanılmaz azarkeşləri var. Henri Onyekuru mənim dostumdur. O, “Qalatasaray”da çıxış edib. O, klubun, azarkeşlərin və buradakı insanların necə böyük olduğunu söylədi. Ona görə də mənim üçün asan qərar oldu. Hava limanına enəndə azarkeşlər məni elə həyəcanla qarşıladılar ki, özümü çox xoşbəxt hiss etdim. Futbolçu üçün belə şeylər vacibdir. Onlar üçün əlimdən gələni etmək istəyirəm. Çox həyəcanlıyam”.

Ulduz hücumçu "Qalatasaray" "Napoli"də birlikdə çıxış etdiyi Dris Mertenslə yenidən bir arada olacaqlarından söz açıb: "İtaliyada Dris Mertens həmişə yanımda olub. O, mənim üçün böyük qardaş oldu. O, çox hörmət etdiyim bir dostdur, onunla yenidən komanda yoldaşı olacağım üçün çox həyəcanlıyam. 

Fərid Aslan

MİA.AZ