Ümumi təhsil müəssisələrinin 2024-2025-ci tədris ili üçün tədris planları təsdiqlənib.

Məlumata görə, bununla bağlı elm və təhsil naziri Emin Əmrullayev əmr imzalayıb.

Nazirlik yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə ümumi təhsil müəssisələrinin fəaliyyətinin müvafiq tədris planları əsasında təşkilinə nəzarət etmək tapşırılıb.

Əmrin icrasına nəzarət nazir müavini Həsən Həsənliyə həvalə olunub.