Məzahir MƏMMƏDLİ

Təhsil üzrə ekspert

*** 

Bir daha 2024/2025-ci tədris ili üçün ali təhsil müəssisələrinə qəbul barədə...

Sizləri yormadan bir başa rəqəmlərlə danımaq istəyirəm. Baxın və DİM-in mərtəbəli, ixtisas seçimindən sonrakı mənzərəni görün.

Bu il ali təhsil müəssisələrinə 62038 plan yeri ayrılıb. Onlardan:

I ixtisas qrupu üzrə 19.990

II ixtisas qrupu üzrə 14.550

III ixtisas qrupu üzrə 15.459

IV ixtisas qrupu üzrə 4600

V ixtisas qrupu üzrə 5014

Xüsusi təyinatlı ali təhsil müəssisələrinə 2425 plan yeri

Ali məktəblərə qəbulun I mərhələsinin nəticələrindən sonra:

I ixtisas qrupu üzrə 1304

II ixtisas qrupu üzrə 246

III ixtisas qrupu üzrə 400

IV ixtisas qrupu üzrə 463

V ixtisas qrupu üzrə isə 348 plan yeri boş qalıb.

Boş qalmış plan yerlərinə DİM II tur elan edir. I mərhələdə az bal yığan və yaxud düzgün kodlaşdırma edə bilməyən (Onların arasında 600 baldan çox yığanlar da var) 2761 abituriyent yenidən ixtisas seçimində iştirak edir. Elan olunmuş II tur nəticəsindən sonra, aydın olur ki, bu dəfə də cəmi 528 nəfər II cəhddən yararlanaraq ali məktəbə qəbul oluna bilib. Nəticədə yenə universitetlərdə 2233 plan yeri boş qalıb.

İndi DİM neynəyəcək, III tur elan edəcək? Yoxsa, gənclərimiz hər il olduğu kimi yenə də atestatını götürüb xarici ölkələrə üz tutaca?!

.MİA.AZ