ABŞ-ın Texas ştatında Fələstin əsilli uşaqları suda boğmağa çalışan ameriakı Elizabet Volf adlı qadın məhkəməyə çıxarılıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə ABŞ-ın "CBS News" kanalı süjet yayıb.
Məlumata görə, “nifrət cinayəti”, “öldürməyə cəhd və 15 yaşından kiçik uşağa qəsdən xəsarət yetirmək” ittihamları ilə mühakimə olunan 42 yaşlı Volfun işinə Tarran County Məhkəməsində baxılıb. Məhkəmə ittiham aktını qəbul edib və qadını qeyd olunan cinayətləri törətməkdə təqsirli bilib.
Məhkəmə yaxın həftələrdə hökmünü oxuyacaq.
Amerika-İslam Əlaqələri Şuras qərarı alqışlayıb: "Ailə ədalətin bərqərar olmasını səbirsizliklə gözləyir. Ümid edirik ki, ona ən ağır cəza veriləcək".
Xatırladaq ki, Fələstin əsilli ana 3 və 6 yaşlı uşaqları ilə mayın 19-da yaşadıqları kompleksin hovuzuna enib: "Burada amerikalı Elizabet Vulf hicablı anadan haradan olduqlarını soruşduqdan sonra hovuza girrək oradan irqçi söyüşlər söyüb və qəfildən hovuzdakı uşaqlara hücum çəkib. O, hər iki uşağı suda boğmağa çalışıb. Fələstinlı qadın ona mane olmağa çalışsa da, baxara bilməyib. Hadisə eyrində olan Afrika kökənli amerialı kişi hovuza atlayaraq 6 yaşlı uşağı qurtarıb. Bu zaman gözünü qan bürümüşş 42 yaşlı ameriakı qadın3 yaşlı uşağı suyun altına çəkərək boğmağa yenidən cəhd edib. Lakin ona niyyətini həyaa keçirməyə imkan verilməyib. 3 yaşlı uşaq xilas edilib. 42 yaşlı Volf hadisədən sonra saxlanılsa da, 1 milyon dollar girovla həbsdən buraxılıb".
Zülfiyyə
MİA.AZ