Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına direktor təyinatı olub.
Mia.az xəbər verir ki, müvafiq əmrlə yeni direktor təyin edilən Ülfət Qurbanov bu gün TƏBİB-in İcraçı direktorunun müşaviri Səkinə Sadıxova tərəfindən kollektivə təqdim olunub.
Qeyd edək ki, Ülfət Qurbanov 1995-2001-ci illərdə Azərbaycan Tibb Universitetinin Pediatriya fakültəsində təhsil alıb.
2001-ci ildə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında internatura təhsili alıb. 2002-ci ildən sözügedən tibb müəssisəsində həkim-anestezioloq-reanimatoloq, 2022-ci ildən isə direktorun müavini, baş həkim vəzifələrində çalışıb.