Azərbaycan Ordusunun bölmələri tərəfindən istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla planlı şəkildə məhv edilir.

Mia.az Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, döyüş sursatlarının məhv edilməsi prosesi sentyabrın 3-dən 6-a dək Seyfəli poliqonunda həyata keçiriləcək: "Aparılan partlayış işləri ilə əlaqədar ictimaiyyətə mütəmadi olaraq məlumat veriləcək."