UEFA "Qarabağ" Futbol Klubuna 8,6 milyon avro (16 milyon 276 min manat) pul ayırıb.
Vəsaitin hansı fəaliyyətlərə xərclənəyinə dair Mia.az-ın sualını cavablandırarkən klubun baş məşqçisi Qurban Qurbanov bildirib ki, vəsait yalnız klubun ehtiyacları üçün sərf ediləcək:
"Pul elə bir qüvvədi ki, gəldiyi kimi gedir. Ümumən, klubun fəaliyyətinə baxsaq, qarşıda 4 səfərimiz var, bunlar hər biri böyük maliyyə tələb edir. Məsələn, çarter reyslər var, otel xərcləri, qonaqlama xidməti. Təsəvvür edin ki, il boyu bu pul xərclənir. Futbolçuların yeməyi, maaşları, stadionun saxlanması və sair xərclər var".
Q.Qurbanov əlavə edib ki, vəsaitin xərclənməsi təyinatlı olacaq: "Mən bildiyim qədər, rəhbərliyi də yaxşı tanıdığım üçün deyə bilərəm ki, bu pul kənara çıxmayacaq və "Qarabağ"dan başqa heç yerə getməyəcək. Narahat olmağa əsas yoxdu".
Zülfiyyə MUSTAFAYEVA
MİA.AZ